featured-image-16656

Almaniyanın “Bayern” klubunun hücumçusu Sadio Mane zədələnib.

Msport.az xəbər verir ki, Seneqal millisinin də üzvü olan futbolçu DÇ-2022-nin startına iki həftə qalmış sıradan çıxıb.

30 yaşlı hücumçu “Verder”lə oyunda (6:1) xəsarət alıb. O, Bundesliqanın 14-cü turu çərçivəsində baş tutan matçın 15-ci dəqiqəsində dizini tutaraq, yerə oturub. Mane matçı davam etdirməyə çalışsa da, 20-ci dəqiqədə əvəzlənib.

Seneqal millisi DÇ-2022-nin A qrupunda Qətər, Niderland və Ekvadorla mübarizə aparacaq.

Bənzər xəbərlər