featured-image-39819

“Millinin oyununda bizə forma və plaket hədiyyə olundu. Sevindirici haldır ki, futbolu bitirməyimizə baxmayaraq, bizə dəyər verirlər”.

Bu sözləri Msport.az saytına açıqlamasında Azərbaycanın veteran futbolçusu, millimizin sabiq üzvü Rahid Əmirquliyev deyib.

Yığmamızın İsveçli oyunundan (3:0) öncə meydanın mərkəzində AFFA tərəfindən təltif olunan keçmiş yarımmüdafiəçi bu təşəbbüsə görə həm milli assosiasiyaya, həm də Gənclər və İdman Nazirliyinə təşəkkür edib: “Şəxsən nazir Fərid Qayıbov və AFFA-nın baş katibi Sərxan Hacıyevə minnətdarlığımı bildirirəm. Sağ olsunlar ki, belə bir şey təşkil edərək bizi oyuna dəvət etdilər və hədiyyələr verdilər. Bu, bizim üçün də xoş haldır. Ümid edirəm ki, bu, ənənə halını alacaq və digər milli üzvlərinə də belə dəyər veriləcək. Çünki bütün oyunçulara bu cür dəyər verilməlidir”.

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində İsveçə 3:0 hesabı ilə qalib gəldiyi oyundan da söz açan Əmirquliyev bu cür qələbəni heç kimin gözləmədiyini söyləyib: “Amma futbolçularımız göstərirlər ki, biz də oynaya, nəticə qazana bilirik. Sevindirici haldır ki, qol buraxmadıq və layiqli oyunla layiqli qələbə qazandıq. İnanıram ki, davamı gələcək”.

Bənzər xəbərlər