featured-image-1910

Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının birinci mərhələsində bu gün növbəti görüşünü keçirəcək.

Msport.az xəbər verir ki, şahmatçımız  “Oslo Esports Cup”ın ikinci turunda Hindistan təmsilçisi Rameşbabu Praqnanandha ilə üz-üzə gələcək.

37 yaşlı qrossmeyster ilk turda çinli Le Kuanq Lyeyə qalib gəlib – 2,5:1,5.

“Oslo Esports Cup” da Aniş Giri, Yorden van Forrest (hər ikisi Niderland), Yan-Kşiştof Duda (Polşa) və Erik Hansen (Kanada) də iştirak edir.

Turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.

Bənzər xəbərlər