featured-image-819

Almaniyanın paytaxtı Berlində şahmat üzrə “FİDE Grand Prix 2022” seriyasının sonuncu mərhələsi davam edir.

Msport.az xəbər verir ki, bu gün yarışda ilk yarımfinal qarşılaşmaları keçirilib.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu mərhələdə ABŞ şahmatçısı Hikaru Nakamura ilə qarşılaşıb. Məmmədyarov rəqibi ilə heç-heçəyə razılaşıb.

Cavab görüşü martın 31-də keçiriləcək. Əsasnaməyə görə, yarımfinal mərhələsi iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.

Bənzər xəbərlər