featured-image-54781

“Oyun haqda çox danışmaq istəmirəm. Dinamik matç idi. Qarşılıqlı hücumlar şəraitində keçən oyun oldu. Bəsit qollar buraxdıq. Üç qolu buraxmağa layiq deyildik. Heç nədən penalti verildi. “Sabah”ın keyfiyyətli oyunçuları oyunun taleyini həll etdi. Komandam öz səviyyəsinə uyğun futbol oynadı. Çox qol epizodları yaratdıq. Komandadan narazılığım yoxdur. İrəliyə baxmaq lazımdır. Komanda yaxşı futbol oynayır. Müdafiədə bəzi səhvlərimiz var. Uğurlu nəticələr qazanacağıq. Bir qələbədən sonra komandada özünəinam artacaq”.

Prosport.Az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının VII turunun “Sabah”la görüşündən (2:4) sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

– Birinci dövrə sona yaxınlaşır. Autsayderlərin sırası da müəyyənləşir: “Kəpəz”, “Neftçi”, “Səbail”. Hansısa radikal müdaxiləyə ehtiyac var…

– Üç xallıq sistemdə tələsmək lazım deyil. Hələ 7 oyun keçib. Oyunların çoxu qarşıdadır. Autsayderlər tam formalaşmayıb. Komanda yenidən qurulub. Onların birlikdə oynamasına ehtiyac var. Hər oyunda irəliləyiş görünür. Qorxmuram, komanda düzgün yoldadır. Qısa zamanda nəticə olacaq. Tələsməyə ehtiyac yoxdur. Gənc komandayıq. Təcrübə baxımından çətinliyimiz var.

– Demək istəyirsiniz ki, “Kəpəz” və “Neftçi”də oyun da yoxdur..

– Mən öz komandamdan danışıram. Heç bir komanda haqda danışmaq istəmirəm .Oyunumuz var və nəticə də gələcək.

– Beşinci qoldan sonra azarkeşlər bayrağı yerə qoyub getdilər. Azarkeşlərin də komandaya inamı itib?

– Deməzdim. Azarkeşlər nəticə və qollarla yaşayır. Hesaba görə, bunu etmək normaldır. Onlar hətta 2:4-olanda da bizdən geridönüş gözləyirdilər. Bu, azarkeşlərin ixtiyarına buraxılan şeydir. Qələbədən uzaq olduğumuzu görüb getdilər. O qədər bərbad vəziyyətdə deyilik.

Bənzər xəbərlər