Şahruddin Məhəmmədəliyev sabah Türkiyəyə yollanacaq
“Qarabağ”ı Türkiyənin “Adana Demirspor” klubuna dəyişən Şahruddin Məhəmmədəliyev sabah Adana’ya gedəcək.
Msport.az xəbər verir ki, hazırda millinin düşərgəsində olan 29 yaşlı qolkiper bunun üçün məşqçilər heyətindən icazə alıb.
O, tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq və axşam saatlarında Bakıya qayıdacaq.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Superliqa təmsilçisi ilə 2+1 illik sözləşməyə imza atacaq.