featured-image-41441

Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi Türkiyənin “Adana Demirspor” futbolçusu Yunes Belhanda ilə yollarını ayırıb.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Adana təmsilçisi oyunçuya təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb. Belhanda 2021-ci ildən “Adana Demirspor”un uğurları üçün çalışır.

Bənzər xəbərlər