featured-image-37066

“Qarabağ”dan ayrılan Şahruddin Məhəmmədliyev yeni komandası “Adana Demirspor”un düşərgəsinə qoşulmağa hazırlaşır.

Msport.az xəbər verir ki, 29 yaşlı futbolçu Azərbaycan milli komandasının heyətində Belçika və İordaniayaya qarşı oyunda iştirak edib. O, bundan sonra Türkiyəyə yollanaraq superliqa təmsilçisinin hazırlığına qoşulacaq.

Ş.Məhəmmədliyev buna qədər isə öz vəfa borcunu yerinə yetirib. O, özünün İnstaqram hesabı vasitəsi ilə də “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və qapıçılarla işləyən məşqçi Elxan Həsənova təşəkkürünü bildirib.

“Mənə qarşı xoş münasibətinizi və əvəzsiz əməyinizi ifadə etməyə söz tapa bilmirəm. Hər şey üçün çox sağ olun, Hoca. Allah sizdən razı olsun” – deyə Ş.Məhəmmədəliyev Q.Qurbanov barədə yazıb.

Elxan Həsənova da təşəkkür edən Şahruddin onun barəsində ingiliscə “Genius” (dahi) sözünü qeyd edib.

Bənzər xəbərlər