featured-image-37649

Türkiyə Superliqasında 3-cü turdan təxirə salınmış daha bir oyun keçirilib.

Msport.az xəbər verir ki, “Adana Dəmirspor” “Beşiktaş”ı qəbul edib.

Matç Adana təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 4:2. “Adana Dəmirspor”da çıxış edən Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev bu qarşılaşmanın iştirakçısı olmayıb. Buna səbəb Şahruddinin bu matçın təxirə salınmasından sonra Adana klubuna keçməsidir. Superliqanın reqlamentinə əsasən, həmin ərəfədə hər iki komandada hansı futbolçuları sifariş edilmişdisə, meydana da yalnız onlar çıxa bilər..

Patrik Klyuvertin çalışdırdığı “Adana Dəmirspor” bu qələbədən sonra 11 xalla 3-cü sırada qərarlaşıb. “Beşiktaş” isə 10 xalla 6-cıdır.

 

Bənzər xəbərlər