Şahruddinin komandası bir xal qazandı
Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasında növbəti oyununu keçirib.
Matc.az xəbər verir ki, onun çıxış etdiyi “Adana Dəmirspor” “Kayserispor”la heç-heçə oynayıb.
Start heyətində yer alan Şahruddin qapısını toxunulmaz saxlaya bilib. Oyun 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, “Adana Dəmirspor” 32 turdan sonra 40 xalla 11-ci pillədə yer alıb.