featured-image-38568

Türkiyənin daha bir klubu Azərbaycanı 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibəti ilə təbrik edib.

Msport.az xəbər verir ki, ölkəmiz üçün əlamətdar günə “Adana Demirspor” komandası da biganə qalmayıb.

Adana təmsilçisinin sosial şəbəkə hesabında bununla bağlı paylaşım edilib.  Paylaşımda “Qardaş ölkə Azərbaycanın Müstəqillik Günü mübarək olsun” yazılıb.

Daha əvvəl “Qalatasaray” və “Fənərbağça” Azərbaycanı bu münasibətlə təbrik edib.

Qeyd edək ki, “Adana Demirspor”da millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev də çıxış edir.

media-kar

Bənzər xəbərlər