Şakira uşaqları ilə birgə Mayamiyə köçür - Pike narazıdır
“Barselona”nın sabiq futbolçusu Jerar Pike Şakiranın uşaqlarla birgə Mayamiyə köçməsindən narazı qalıb. Msport.az xəbər verir ki, ispaniyalı müdafiəçi ilə ayrılan məşhur müğənni yaşamaq üçün ABŞ-a yollanacaq.
Aprelin 11-də ABŞ-dakı Pasxa tətillərindən sonra Pike və Şakiranın övladları Floridanın elitar məktəblərindən olan “Miami Country Day”də təhsilə başlayacaqlar. Bu məktəbdə illik təhsil haqqı 33-46 min dollar arasındadır.
Şakiranın hazırda Barselonada yaşayan valideyinləri də bir qədər sonra Mayamiyə gedəcəklər.
Deyilənə görə, Pike Şakiranın qərarından narazı qalıb. “Barsa”nın sabiq oyunçusu uşaqların təhsil haqqının yarısını verməli olacaq.
ANAR







