featured-image-20941

“Barselona”nın sabiq futbolçusu Jerar Pike ilə keçmiş həyat yoldaşı məşhur müğənni Şakira arasında qalmaqal davam edir.

Msport.az xəbər verir ki, Şakira maraqlı üsulla Pikenin ona xəyanət etməsinin üstünü açıb.

Sən demə, kolumbiyalı sənətçi qastroldan gələrkən görüb ki, sevimli mürəbbəsini kimsə yeyib.  İspaniya millisinin keçmiş müdafiəçisi çiyələk mürəbbəsini sevmədiyindən Şakira başa düşüb ki, evdə başqa adam olub.

Xatırladaq ki, Pike ilə Şakira 2022-ci ilin iyununda futbolçunun xəyanətinə görə ayrılıblar. İndi isə onlar mətbuatda və sosial mediada bir-birlərinə söz atırlar.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər