featured-image-49647

İsveçrə millisinin futbolçusu Cerdan Şakiri yeni rekorda imza atıb.

Msport.az xəbər verir ki, 32 yaşlı oyunçu ardıcıl 6-cı böyük turnirdə fərqlənən ilk futbolçu olub.

AVRO-2024-ün 2-ci turunda Şakiri İsveçrə yığmasının heyətində Şotlandiyanın qapısına yol tapıb. Bu onun böyük turnirlərdə 10-cu qolu olub. Cerdan iştirak etdiyi dalbadal 6-cı dəfə iştirak etdiyi dünya və Avropa çempionatlarında fərqlənən ilk futbolçu kimi tarixə düşüb (DÇ-2014, AVRO-2016, DÇ-2018, AVRO-2020, DÇ-2022 və AVRO-2024).

Qeyd edək ki, İsveçrə millisi 2 oyunda 4 xal toplayıb. Komanda son turda Almaniya ilə qarşılaşacaq.

Bənzər xəbərlər