Salah dünyanın ən çox maaş alan futbolçusu ola bilər
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu braziliyalı futbolçu Neymarla yollarını ayırdıqdan sonra yeni ulduz oyunçu almağı planlaşdırır.
Msport.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, klub mövsümün sonunda “Liverpul”la müqaviləsi başa çatacaq Məhəmməd Salahı transfer etmək niyyətindədir. Qeyd olunur ki, bu keçid baş tutsa, misirli forvard dünyanın ən çox maaş alan futbolçusu ola bilər.
Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm Mersisayd təmsilçisinin heyətində 32 oyuna çıxıb, 23 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.