Salah: “Həyatımda belə atmosferdə oynamamışdım”
“Liverpul”un hücumçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasının II turunda İstanbulda keçirilən “Qalatasaray”la (0:1) oyundan sonra təəssüratlarını bölüşüb.
Msport.az xəbər verir ki, misirli forvard “cim-bom”un stadionundakı atmosferi xüsusi vurğulayıb:
“Mən həyatımda belə atmosferdə oynamamışdım. Konsentrasiyanı qorumaq çox çətin idi. Səs-küy qulaqbatırıcı idi və bunun öhdəsindən gələ bilmədik. “Qalatasaray”ı qələbə münasibətilə təbrik edirəm”.
Qeyd edək ki, “Liverpul” Çempionlar Liqasının növbəti turunda, oktyabrın 22-də səfərdə Frankfurt “Ayntraxt”ı ilə qarşılaşacaq.