featured-image-28157

“Liverpul”un hücumçusu Muhammed Salah İngiltərə Premyer Liqasının 31-ci turunda “Lids”lə səfər oyununda (6:1) dubl edib. Msport.az xəbər verir ki, misirli futbolçu hər iki qolu sol ayağı ilə vurub.

Beləliklə, 30 yaşlı hücumçu İngiltərə Premyer Liqasında sol ayaqla vurduqları qollarının sayını 107-yə çatdırıb. O, bu göstəriciyə görə, çempionatın rekordçusudur.

Xatırladaq ki, martın 1-dən bu yana Salah “Vulverhempton” (1 qol), “Mançester Yunayted” (2), “Mançester Siti” (1) və “Arsenal”la (1) görüşlərdə fərqlənib. O, yalnız “Çelsi” (0:0) və “Bornmut”la matçlarda (0:1) qol vura bilməyib.

ANAR 

 

Bənzər xəbərlər