featured-image-58020

Mövsümün sonunda “Liverpul”la müqaviləsi başa çatan Məhəmməd Salah karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Msport.az xəbər verir ki, “İnter” misirli ulduzu heyətinə qatmaq istəyir. Bu barədə “Fichajes” nəşri məlumat yayıb.

Milan təmsilçisi azad agent statusunda olacaq Salahla danışıqlara başlayacaq. “İnter” maaş büdcəsində yer açmaq üçün Marko Arnautoviç, Mehdi Taremi və Xoakin Korrea ilə yollarını ayırmağa hazırdır.

Qeyd edək ki, “Liverpul” Məhəmməd Salahı 2017-ci ilin yayında “Roma”dan transfer edib. 32 yaşlı vinger  bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər