featured-image-44865

İngiltərənin “Liverpul” klubunun ulduz futbolçusu Məhəmməd Salah Misir millisinə çağırılmayıb.

Msport.az xəbər verir ki, təcrübəli hücunçu yığmanın qarşıdakı matçlarında iştirak etməyəcək.

Buna səbəb oyunçunun səhhətində problemlərin yaranmasıdı. Bu üzdən forvard Premyer Liqa çərçivəsində “Mançester Siti” ilə keçirilən görüşün yalnız son yarım saatında meydanda olub. Salah tam hazır olmadığı üçün yığmadan kənarda qalıb.

Qeyd edək ki, misirlilər martın 22-dən 26-dək Birləşmiş Ərəb Əmirliklərində baş tutacaq yoldaşlıq turniri çərçivəsində Xorvatiya, Yeni Zelandiya və Tunislə qarşılaşacaq.

Bənzər xəbərlər