Salah qol sayında Anriyə çatdı
“Liverpul”un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında vurulan qolların sayına görə “Arsenal”ın əfsanəvi oyunçusu Tyerri Anriyə çatıb.
Msport.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
32 yaşlı hücumçu buna “Mançester Yunayted”lə heç-heçə etdikləri (2:2) Premyer Liqanın XX turunun oyununda fərqlənməklə nail olub.
Misirli forvard Premyer Liqada 175 dəfə rəqib qapılarına yol tapıb. Salah və Anri bu göstəriciyə görə yeddinci pillədə qərarlaşıblar. Altıncı sıradakı Frenk Lempardın 177 qolu var.
Qeyd edək ki, rekord Alan Şirerə məxsusdur – 260 qol.