featured-image-36404

“Liverpul” futbolçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Msport.az xəbər verir ki, “Əl-İttihad” 31 yaşlı hücumçunun transferində israrını davam etdirir.

Misirli oyunçunun bu gün şəxsi təyyarə ilə sözügedən ölkəyə gedəcəyi gözlənilir.

“Əl-İttihad”ın Salaha 76 milyon avro maaşla üçillik müqavilə təklif etdiyi iddia olunub.

Qeyd edək ki, 2017-ci ildən “Liverpul”da çıxış edən Məhəmməd Salahın “qırmızılar”la müqaviləsi 2025-ci ilə qədərdi.

Bənzər xəbərlər