Salah şəxsi rekordunu təkrarladı
Premyer Liqanın XXVII turunun “Nyukasl”la oyununda (2:0) assist edən “Liverpul”un futbolçusu Məhəmməd Salah İngiltərə çempionatında öz məhsuldarlıq rekordunu təkrarlayıb.
Msport.az xəbər verir ki, misirli forvard bu mövsüm liqada 28 oyuna 25 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb. Bundan əvvəl onun İngiltərə çempionatında ən yaxşı nəticəsi 2017/2018 mövsümündə qeydə alınıb – 32 qol, 10 məhsuldar ötürmə.
Ümumilikdə, Salah bu mövsüm bütün yarışlarda 39 matçda 30 qol vurub və 22 assist edib.