Salah tarixi rekordu təkrarladı
“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında mövsüm ərzində ən çox qol+assist göstəricisi üzrə rekordu təkrarlayıb.
Msport.az xəbər verir ki, misirli forvard 38-ci turda “Kristal Pelas”la oyunda (1:1) bir qol vurub.
Bununla o, 2024-25 mövsümündə “qol+ötürmə” sistemi ilə 47 məhsuldar hərəkətə imza atıb. Bu, Premyer Liqa tarixində rekordun təkrarıdır. Daha əvvəl bu nəticəni 1993-94 mövsümündə “Nyukasl”ın sabiq hücumçusu Endi Koul və 1994-95 mövsümündə “Blekbern”in keçmiş forvardı Alan Şirer göstərmişdi.
Qeyd edək ki, Məhəmməd Salah 2024-25 mövsümündə 38 oyunda 29 qolla Premyer Liqanın bombardiri olub. O, həmçinin 18 məhsuldar ötürmə verib.