Salah üçün “Barselona” variantı
“Barselona” yayda hücum xəttini gücləndirmək istəyir.
Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi “Liverpul”un vinqeri Məhəmməd Salahla maraqlanır. Keçid ancaq misirli futbolçunun maaşını aşağı salacağı təqdirdə gerçəkləşə bilər.
Qeyd edək ki, Salah cari mövsüm ərzində 40 oyuna 22 qol vurub, 10 assist edib. Onun “Liverpul”la müqaviləsi 2025-ci ilin yayında bitir.
Royal Türksoy







