featured-image-25580

Muhammed Salah yay transfer pəncərəsində “Liverpul”u tərk edə bilər.

Msport.az “Foot Mercato”ya istinadən xəbər verir ki, misirli hücumçu İngiltərədən ayrılmağı götür-qoy edir. O, fərqli ölkədə, başqa top-klubda çıxış etmək istəyir.

Salah üçün prioritet variant İspaniya La Liqasıdır.

30 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 26 oyunda 11 qol vurub və 7 məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər