Salahdan rekord
İngiltərəmk “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqa rekorduna imza atıb.
Msport.az xəbər verir ki, misirli hücumçu buna XVIII turda “Arsenal”la matçda fərqlənməklə nail olub.
31 yaşlı forvard 29-cu dəqiqədə hesabı bərabərləşdirib.
Bu, futbolçunun tarixdə London klubunun qapısına vurduğu 10-cu qoldur. Nəticədə Salah Premyer Liqa tarixində “Arsenal”, “Mançester Siti” (11 qol) və “Mançester Yunayted” (12 qol) komandalarına qarşı 10 və daha çox qol vuran yeganə oyunçudur.
Qeyd edək ki, “Liverpul” – “Arsenal” matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.







