featured-image-52827

Məhəmməd Salah İngiltərə Premyer Liqasının rekorduna imza atıb.

Msport.az xəbər verir ki, “Liverpul”un misirli hücumçusu ilk turlarda “qol+ötürmə” sistemi ilə ən çox xal toplayan futbolçudur.

Salah I turlarda 9 qol və 5 ötürməyə imza atıb. Hesabında 14 xal olan afrikalı Ueyn Runini keçib. İngiltərə millisinin sabiq forvardı 13 dəfə fərqlənib.

Məhəmməd Premyer Liqada oynadığı müddətdə 1-ci turda daim qol və ya assistə imza atıb. Bu seriya 2017/18 mövsümündən başlayıb.

Qeyd edək ki, Salah “Liverpul”un “İpsviç”lə bugünkü oyununda qol və ötürmə ilə yadda qalıb. Bu, onun komandasına 2:0 hesablı səfər qələbəsi qazandırıb.

Bənzər xəbərlər