featured-image-65275

İngiltərə Premyer Liqasının 37-ci turunda “Brayton”la keçirilən oyun “Liverpul”un hücumçusu Məhəmməd Salah üçün əlamətdar olub.

Msport.az xəbər verir ki, misirli futbolçu yubiley matçına çıxıb.

O, komandasının 2:3 hesabı ilə məğlub olduğu görüşdə iştirak etməklə Premyer Liqada 300-cü görüşünü keçirib. O, belə yüksək göstəriciyə çatan 4-cü afrikalıdır. İlk 3 pillədə Kolo Ture (Fil Dişi Sahili, 353 oyun), Vilfrid Zaha (Fil Dişi Sahili, 305) və Cordan Ayyu (Qana, 303) qərarlaşıb.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən “Liverpul”un şərəfini qoruyur. O, daha əvvəl 2014-2016-cı illərdə İngiltərədə “Çelsi”nin formasını geyinib.

Bənzər xəbərlər