featured-image-42365

Misir millisinin və “Liverpul”un hücumçusu Məhəmməd Salahın durumuna aydınlıq gəlib.

Msport.az xəbər verir ki, ulduz futbolçu müayinədən keçib.

Belindəki zədədən əziyyət çəkən 31 yaşlı forvard 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Salah Afrika Millətlər Kubokunun qrup mərhələsinin II turunda Qana ilə keçirilən oyunda (2:2) zədələnərək əvəzlənib. O, zədəsini sağaltmaq üçün Liverpula qayıdıb.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm bütün turnirlərdə 35 oyun keçirib, 23 qol vurub, 12 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər