featured-image-24994

“Liverpul”un hücumçusu Muhammed Salahın Misirdəki evi qarət olunub.

Msport.az “Goal”a istinadən xəbər verir ki, hazırda ölkənin hüquq-mühafizə orqanları hadisəni araşdırırlar.

Oğurluq məşhur futbolçunun Qahirədəki mənzilindən olub.

Salahın evin yanından keçən qohumu hadisədən xəbər tutub. Pəncərələrin açıq olduğunu görən uşaq təhlükəsizlik xidmətinin əməkdaşlarını çağırıb. İndi cinayətkarların yaxalanması üçün təhlükəsizlik kameralarına baxılır.

“Liverpul”un forvardının evindən nələr oğurlanmasına dair məlumat verilmir.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər