featured-image-58501

İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasında yubiley – 50-ci qoluna imza atıb.

Msport.az xəbər verir ki, misirli hücumçu “Jirona” ilə oyunda yeganə topun müəllifi olub.

Ən sərrast futbolçular siyahısında italiyalı futbolçu Filippo İnzagiyə çatan Salah “ilk onluğ”a daxil olub. 32 yaşlı forvard bu qollardan 44-nü “Liverpul”un, 5-ni “Bazel”in, 1-ni isə “Roma”nın heyətində vurub.

Salah 9-cu yerdə qərarlaşan Tyerri Anridən (51 qol) bir, 8-ci Tomas Müllerdən (54) dörd top ayırır.

Qeyd edək ki, “Liverpul” bu mövsüm Çempionlar Liqasında keçirdiyi 6-cı oyunu da qələbə ilə başa vurub.

Bənzər xəbərlər