Saldanya debüt matçında qol vurdu
Serbiya Superliqasında 2-ci turun matçları oynanılır.
Msport.az xəbər verir ki, “Sabah”ın Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi “Partizan” növbəti matçını keçirib.
Belqrad təmsilçisi “Voyvodina”yla üz-üzə gəlib və qələbə qazanıb – 0:2.
Hesabı bu yay “Neftçi”ni “Partizan”a dəyişən Mateus Saldanya açıb. Debüt matçına start heyətində başlayan 23 yaşlı hücumçu 47-ci dəqiqədə oyunda vurulan ilk qolun müəllifi olub.
Qeyd edək ki, “Sabah” “Partizan”la ilk oyununu ayın 10-u Bakıda keçirəcək.
Royal Türksoy







