Saldanya derbidə fərqləndi
Serbiya çempionatında 24-cü turun oyunları keçirilir. Msport.az xəbər verir ki, Belqrad derbisində “Srvena Zvezda” “Partizan”la üz-üzə gəlib.
52 min azarkeşin izlədiyi görüş 2:2 hesabı ilə başa çatıb. Qonaqların heyətində “Neftçi”nin sabiq hücumçusu Mateus Saldanya 45+1-ci dəqiqədə komandasının ilk qolunu vurub.
Xallarının sayını 60-a çatdıran “Partizan” turnir cədvəlinə başçılıq edir. 1 xal az toplayan “Srvena Zvezda” 2-ci yeri tutur.
Serbiya çempionatı
24-cü tur:
“Srvena Zvezda” – “Partizan” 2:2
Qollar: Uroş Spayiç, 44, Şerif Ndiaye, 67 – Mateus Saldanya, 45+1, Aldo Kalulu, 49.
Qırmızı vərəqə: Kander Severina, 74 (“Partizan”)