Saliba ilə bağlı qərar verildi – müqavilə imzalayır
“Arsenal” müdafiəçisi Vilyam Saliba ilə yeni müqavilə imzalayacaq.
Msport.az xəbər verir ki, 24 yaşlı futbolçu yaxın günlərdə yeni sözləşməyə imza atacaq.
Tərəflərin may ayından danışıq apardığı bildirilib.
Qeyd edək ki, fransalı futbolçu “Arsenal”a 2019-cu ildə “Sent-Etyen”dən transfer olunub. O, bu mövsüm 5 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib.