featured-image-24411

Almaniyanın Qərb Regional Liqasında 25-ci turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Düren”lə qarşılaşıb. Futbolçumuzun komandası bu matçdan heç-heçə ilə ayrılıb – 2:2.

Dadaşov bu görüşün iştirakçısı olmayıb. Azərbaycanlı hücumçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Şalke”nin ikinci komandası hazırda 36 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

Bənzər xəbərlər