“Şamaxı”nın legionerinin durumu bilindi
Son turda qələbə qazanan “Şamaxı” matça itki ilə çıxmışdı. Komandanın aparıcı futbolçulardan biri Ayman Bouali heyətdən kənar qalmışdı.
Msport.az xəbər verir ki, mərakeşli futbolçu tibbi müayinədən keçib.
Boualinin əzələsində kiçik dartınma aşkarlanıb. Həkimlər bildirib ki, onun bir neçə gündən sonra komandanın məşqlərinə qoşulmasına heç bir əngəl yoxdur.
Qeyd edək ki, “Şamaxı” Premyer Liqanın 6-cı turunda “Araz-Naxçıvan”ı (2:1) məlub edib. Azər Bağırovun komandası 9 xalla 6-cı pillədə qərarlaşıb.







