“Şamaxı” – “Qarabağ” matçının vaxtı dəyişdirildi
Güclü qar səbəbindən Premyer Liqanın XIX turunda keçirilməli olan “Şamaxı” – “Qarabağ” oyununun başlama saatı dəyişilib.
Msport.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.
Qeyd olunub ki, stadionun daha yaxşı vəziyyətə gətirilməsi, komandaların isinmə hərəkətlərini normal yerinə yetirə bilməsi üçün matça əvvəlcədən nəzərdə tutulduğu kimi 14:30-da start verilməyəcək.
Qərara əsasən, görüş saat 14:50-də başlayacaq.







