Samir Abasov: "Eddi hələ mən istədiyimin 30 faizidir"
“Neftçi”nin baş məşqçisi Samir Abasov komandanın futbolçusu Eddi İsrafilovun Azərbaycan Premyer Liqasının 20-ci turunda “Qəbələ” ilə matçda (4:0) dubl etməsinə münasibət bildirib.
Msport.az xəbər verir ki, bu zaman o, komandanın digər oyunçularının çıxışlarını da xatırladıb:
“Necə oldu ki, “hesabdan silinən” Emin Azərbaycanın ən yaxşısı oldu? Necə oldu ki, Kane sıradan oyunçu idi, “Olimpiakos” kimi komandaya keçdi? Bu necələrin bir cavabı var. Biz həm Eddi, həm də digər oyunçularımızın yaxşı səviyyəyə çatmasına çalışırıq. Yusuf Laval nə qədər artırıb. Konkret bir oyunçunun üzərində dayanmaq istəmirəm. Eddi hələ mənim istədiyimin 30 faizidir. Yaxşı cəhəti odur ki, öyrənməyə can atır, həddən artıq çox danışır, çox soruşur. Bəlkə də, bunun nəticəsidir ki, get-gedə artırır”.