featured-image-27945

Braziliyanın “Flamenqo” klubu yeni baş məşqçi təyinatını açıqlayıb.

Msport.az xəbər verir ki, “qırmızı-qaralar”ı Xorxe Sampaoli çalışdıracaq. 63 yaşlı mütəxəssislə 2024-cü ilin sonunadək müqavilə razılaşdırılıb.

Sampaolinin son iş yeri “Sevilya” olub. O, Braziliyada “Santos”la “Atletiko Mineyro”nun da baş məşqçisi olub.

Royal Türksoy

Bənzər xəbərlər