featured-image-57226

Argentinalı baş məşqçi Xorxe Sampaolinin yeni klubu müəyyənləşib.

Msport.az xəbər verir ki, 64 yaşlı mütəxəssis karyerasını Fransada davam etdirəcək.

O, “Renn”in baş məşqçisi təyin olunub. Cənubi amerikalı ilə 2026-cl ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Sampaoli bunadək Argentina millisi, “Flamenqo”, “Sevilya”, “Marsel”, “Atletiko Mineyro” və “Santos” kimi komandalara rəhbərlik edib.

Qeyd edək ki, hazırda 11 xala malik “Renn” Liqa1-də 13-cü yerdə qərarlaşıb.

Bənzər xəbərlər