featured-image-32759

Kamerun futbolunun əfsanəsi Samuel Etonun qızı atasının həbsxanaya salınmasını tələb edir.

Msport.az “Diario Sport”a istinadən xəbər verir ki, “Barselona” və “İnter” kimi klublarda oynamış hücumçu 2022-ci ilin fevralında 4 illik məhkəmə çəkişmələrindən sonra Erika Do Rosario Nevesin qızı olduğunu qəbul edib.

Məhkəmə Kamerun yığmasının sabiq üzvünün ayda 1400 avro aliment verməsi haqqında qərar çıxarıb.

Eto bu tələbi yerinə yetirməkdən boyun qaçırır, o, 5 ildir ki, qızına görə aliment verməyib.

Qızın vəkili Fernando Osunanın sözlərinə görə, veteran futbolçu ümumilikdə 90 min avro ödəməlidir: “O, artıq beş ildir ki, aliment borclarını ödəməyib və məhkəmənin qərarını saymamaqda davam edir. Eto kef içində yaşasa da, qızın maddi vəziyyəti yaxşı deyil”.

Vəkil Etonun Kamerun Futbol Federasiyasına rəhbərlik etməsinin də normal olmadığını deyib.  Vaxtilə futbolçu İspaniyada vergidən yayınmaqda ittiham olunub.

Madrid məhkəməsi Erika do Rosarionun atası barədə şikayətinə baxacaq.

ANAR 

Bənzər xəbərlər