featured-image-41722

İtaliyanın “Roma” klubunun futbolçusu Renato Sançes karyerasını Türkiyədə davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu rəsmi “X” hesabında bildirib.

Onun sözlərinə görə, 26 yaşlı yarımmüdafiəçi “Beşiktaş”a təklif edilib.

Qeyd edək ki, müqavilə ilə PSJ-yə məxsus olan Sançes icarə əsasında “canavarlar”ın formasını geyinir.

Bənzər xəbərlər