featured-image-34649

Cümə günü “Barselona” rəhbərliyi Aleksis Sançesin agenti ilə görüşəcək.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Xose Tomas Fernandes “Twitter”də yazıb.

Usman Dembeleyə əvəzedici axtarışında olan Kataloniya təmsilçisi 34 yaşlı çililini rənglərinə bağlamaq istəyir. Daha əvvəl Səudiyyə Ərəbistanının iki klubunun Sançesə maraq göstərdiyi bildirilirdi.

O, ötən mövsüm bütün turnirlərdə 44 oyuna çıxıb, 18 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər