featured-image-50391

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Ceydon Sanço karyerasını İtaliyada davam etdirə bilər.

Msport.az xəbər verir ki, son mövsümü icarə əsasında Almaniyada Dortmund “Borussiya”sında keçirən yarımmüdafiəçi ilə “Yuventus” maraqlanır.

Turin təmsilçisi ingiltərəli oyunçunu icarəyə götürmək niyyətindədir. “Qırmızı şeytanlar”ın tələbi onları düşünməyə vadar edir.

İngiltərə təmsilçisi 24 yaşlı futbolçunun mütləq alınması şərti ilə icarəyə verilməsinin tərəfdarıdır. Əgər tərəflər ortaq məxrəcə gəlsələr Sanço növbəti mövsümdə İtaliya A seriyasında oynayacaq. Onun “Mançester Yunayted”lə müqaviləsi 2026-cı ilin yayında sona çatacaq.

Bənzər xəbərlər