featured-image-40483

İtaliyanın “Yuventus” klubu qış transfer dönəmində cinah oyunçusu almağı planlaşdırır.

Msport.az “Calciomercato” nəşrinə istinadən xəbər verir ki, namizədlərdən biri “Mançester Yunayted”də çıxış edən Ceydon Sançodur.

Lakin, o, bu siyahıda ikincidir. Turin təmsilçisi ilk olaraq “Sassuolo”da çıxış edən Domeniko Berardini transfer etməyə çalışacaq.

Qeyd edək ki, Berardi cari mövsüm 13 matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər