featured-image-45626

Mauritsio Sarri karyerasını İngiltərədə davam etdirə bilər. Msport.az xəbər verir ki, bu barədə jurnalist Alfredo Pedulla məlumat yayıb.

Onun sözlərinə görə, italiyalı mütəxəssis “Latsio”nu tərk etdikdən bir neçə gün sonra onunla “Nottinqem Forest” klubunun nümayəndələri əlaqə saxlayıb. 65 yaşlı mütəxəssisə 3 illik müqavilə təklif olunub. Ancaq Sarri gələn mövsümün əvvəlinə kimi istirahət etməsinin vacibliyini bildirərək təklifdən hələlik imtina edib.

Xatırladaq ki, Sarri “Latsio”dan bu il martın 13-də ayrılıb.

Bənzər xəbərlər