featured-image-25371

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri təqvimin sıx olmasından şikayətlənib.

Msport.az “Football İtalia”ya istinadən xəbər verir ki, İtaliya klubu bu gün UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin cavab oyununda “AZ Alkmaar”la qarşılaşacaq:

“Dünya çempionatındakı ağılsızlığa görə, “Latsio” yanvarın 3-dən bu yana üç gündən bir oynayır. Bu zədələrə və pis oyuna gətirib çıxarır. Lakin görünür, bu heç kimi narahat etmir.

Hələ qarşıda milli oyunlarla bağlı fasilə var, bu lap gülməlidir. Mənim bəxtim gətirib ki, qocayam və bir azdan pensiyaya çıxacam”.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər