featured-image-63840

“Sassuolo” İtaliya A Seriyasına qayıdıb.

Msport.az xəbər verir ki, komanda B seriyasının 33-cü turundan sonra bunu təmin edib.

Fabio Qrossonun rəhbərlik etdiyi komanda 33 turdan sonra 75 xal toplayıb. Çempionatın bitməsinə 5 tur qalmış lider “Sassuolo” ikinci yerdə olan “Pisa”nı 9, üçüncü pillədəki “Spezia”nı isə 16 xal qabaqlayır. Bu da o deməkdi ki, “Sassuolo” artıq ilk iki pillədən aşağı düşməyəcək və birbaşa A Seriyasına yüksələcək.

Qeyd edək ki, klub ötən mövsüm A Seriyasını 19-cu pillədə başa vuraraq aşağı liqaya yuvarlanmışdı.

Bənzər xəbərlər