featured-image-971

Təəssüf ki, 2000-ci illərdən 2018-ci ilədək bir-birindən səriştəsiz və savadsız məşqçilər ucbatından cavanlığımın ən yaxşı illərini itirmişəm”.

Msport.az xəbər verir ki, bunu Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Rafiq Hüseynov şəxsi instaqram hesabında yazıb.

82 kq çəki dərəcəsində üçqat Avropa çempionu adını qazanan 34 yaşlı pəhləvan bildirib ki, bütün güləş həyatı boyunca yalnız medal əldə etməyi yox, həm də tarixə düşməyi arzulayıb:

“Heç fikirləşməzdim ki, bu yaşlarda adım tarixdə qalacaq və tarix yazan Azərbaycan güləşçiləri sırasına düşəcəyəm. Buna görə Allaha şükür edib qələbəmi müqəddəs Ramazan ayında bütün dünya müsəlmanlarına həsr edirəm. Hamınıza mənə azarkeşlik etdiyiniz üçün təşəkkürümü bildirirəm”.

Bənzər xəbərlər