featured-image-38820

“Şaxtyor”un yeni baş məşqçisi bosniyalı Marino Puşiç olacaq. Msport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Tərəflər artıq rəsmi müqaviləyə imza atıblar. Bu gün bununla bağlı ictimaiyyətə məlumat veriləcək.

52 yaşlı Puşiç son vaxtlar “Feyenoord”da Arne Slotanın köməkçisi işləyirdi. O, indiyədək yalnız bir dəfə – 2017-2019-cu illərdə “Tvente”də baş məşqçi kimi çalışıb.

“Şaxtyor” hazırda Ukrayna çempionatında 3-cü yeri tutur.

Bənzər xəbərlər